Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb
2020-01-22 12:00
33 784 şagirdin iştirak etdiyi respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib. Bu mərhələsində uğur qazananlar və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Növbəti mərhələyə qeydiyyat 5-15 fevral tarixlərində olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Vəfa Şairova