Respirator xəstəliklər və qızılcaya yoluxma hallarında artım var
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar respirator xəstəliklər və qızılcaya yoluxma hallarında artım müşahidə edilir. Səhiyyə Nazirliyi yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə etməyi məsləhət görür. Eləcə də əl gigiyenasına riayət etmək, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi tövsiyə edilir.
Fərid Mehdiyev