Canlı
Regionlarda suyun keyfiyyətinə nəzarət gücləndiriləcək

2018-02-13 / 16:07

Azərsu 2018-ci ildə 10-a yaxın şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisini yekunlaşdırmağı planlaşdırır. Qazax, Neftçala və Samuxda isə işlərin başlanması nəzərdə tutulur. Bundan əlavə 12 şəhərdə tullantı su təmizləyici qurğular inşa ediləcək. Regionlarda suyun keyfiyyətinə nəzarət məqsədsilə 10 şəhərdə regional laboratoriyaların yaradılması da görüləcək işlər arasındadır.

Fərid Mehdiyev