Regional Təhsil İdarəsinin müdirinə cinayət işi açılıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə cinayət işinin istintaqı tamamlanıb. Onun ayrı-ayrı şəxslərdən 65 min manatdan artıq pul vəsaitini almasına, qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pulu leqallaşdırmasına şübhələr müəyyən edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova