Regional Meşə Təsərrüfatı Mərkəzi lazımı odun tədarükü görüb

2019-09-10 16:05

Regional Meşə Təsərrüfatı Mərkəzi rayonun qazlaşdırılmayan kəndlərin əhalisinə eləcə də təhsil, səhiyyə və digər dövlət müəsisələrini yanacaqla təmin etmək üçün lazımı odun tədarükü görüb. 1 kub metr odun əhali qrupu üçün 18 manat 44 qəpik, qeyri əhali qrupu üçün isə 26 manat 70 qəpik təşkil edir. Satışlar dekabırın 31-nə kimi davam etdiriləcək.

Vəfa Şairova