Real Madrid-in futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib
2021-04-02 12:09
Real Madrid-in futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib. Buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub. 33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etmədiyi üçün cəzalandırılıb.
Vüsalə Camal