"Real Madrid" evdə "Şaxtyor"la, "Şerif" isə "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək
2021-11-03 12:00
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq. Ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək. "Mançester Siti" İngiltərədə Belçika "Brügge"sini, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini sınağa çəkəcək. "Milan" "Portu"yla qarşılaşacaq. "Liverpul" evdə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gələcək. "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Qrupun digər matçında "Borussiya" Dortmund klubu Niderland "Ayaks"ını qəbul edəcək. "Real Madrid" evdə "Şaxtyor"la, "Şerif" isə "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək.
Vüsalə camal