"Real Madrid" "The Best"in nəticələrindən razı deyil
İspaniyanın "Real Madrid" klubu FIFA-nın təsis etdiyi "The Best" mükafatlandırma mərasiminin nəticələrindən narazı qalıb. Madrid təmsilçisinin rəhbərliyi ötən il UEFA Çempionlar Liqası, La Liqa, UEFA Super Kubokunda qalib olmalarına baxmayaraq, komandanın oyunçularının diqqətdən kənarda qalmasından məmnun deyil. Klub dörd ay əvvəl hücumçu Kərim Benzemanın "Qızıl Top", qapıçı Tibo Kurtanın Lev Yaşin mükafatını qazanmasını əsas gətirərək nəticədən razı olmayıb. Bundan əlavə, Vinisius Juniorun ilin rəmzi komandasına düşməməsi "kral klubu"nu narahat edib.
Nərgiz Camalzadə