Real La Liqanın yaralarını klublararası dünya çempionatında sarıyır
İngiltərə Premyer Liqasında 8-ci turdan təxirə salınmış bir oyun keçirilib. “Mançester Yunayted”lə “Lids” qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb, 2:2. Mərakeşdə keçirilən Klublararası dünya çempionatında isə yarımfinal mərhələsinə yekun vurulub. Misirin “Əl-Əhli” və İspaniyanın “Real” komandaları üz-üzə gəliblər. Kral klubu 4:1 hesabı ilə qalib gələrək mundialın finalına yüksəlib. Avropa təmsilçisi fevralın 11-i həlledici oyunda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal”la qarşılaşacaq.
Nərgiz Camalzadə