"Real" koronaya yoluxan futbolçusunun adını açıqlayıb
2020-11-02 18:09
İspaniyanın “Real” klubunun koronavirusa yoluxan futbolçusunun adı bəlli olub. Madrid təmsilçisi müdafiəçi Eder Militaonun infeksiyaya yoluxduğunu açıqlayıb. Digər futbolçular və klubun personalının testləri isə mənfi nəticə verib. Militao dərhal əsas komandadan təcrid olunub. O, bu səbəbdən komandasının Çempionlar Liqasında “İnter”lə oyununu buraxacaq.
Fərid Mehdiyev