"Real" Kərimin qolları ilə Çempionlar Liqasının son qalibini məğlub etdi
2021-04-07 10:14
UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub. Turnirin son qalibi "Çelsi" öz meydanında "Real Madrid" komandasına 1:3 hesabı ilə uduzub. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Gecənin ən gözlənilməz hesabı İspaniyada qeydə alınıb. "Villareal" doğma azarkeşlər önündə "Bavariya" komandasına 1:0 hesabı ilə qalib gəlib.
Nərgiz camal