"Real"ın hücumçusu Luka Yoviçin durumuna aydınlıq gətirilib
2020-05-11 10:07
"Real"ın hücumçusu Luka Yoviçin durumuna aydınlıq gətirilib. Həkimlər futbolçunun nə zaman yaşıl meydanlara qayıda biləcəyini açıqlayıblar. Evində məşq zamanı zədələnən və sağ ayaq oynağı sınan 22 yaşlı forvardın 3 aylıq sıradan çıxdığı müəyyənləşib. Bu isə o deməkdir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada mübarizə bərpa olunsa belə, Serbiya millisinin üzvü üçün mövsüm başa çatıb. Luka Yoviç cari mövsüm 15 oyunda 2 qol vurub.
Fərid Mehdiyev