Rauf Məmmədov "Airthings Masters" mərhələsinin I divizionunda mübarizəyə başlayacaq
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda mübarizəyə başlayacaq. 35 yaşlı qrossmeyster 1/4 finalda ABŞ təmsilçisi Uelsli So ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku - Hikaru Nakamura duelinin güclüsü ilə qarşılaşacaq.
Nərgiz Camalzadə