İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası davam edir.Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdamın Çəmənli kəndindəki “Cümşüd” məscidi və Xındırıstan kənd məscidində din xadimləri ilə görüşdə deyib.O, bildirib ki, məscid və ziyarətgahların yenidən qurulması təkcə maddi irsin deyil, eyni zamanda tarixi ədalətin bərpası və xalqımızın mənəvi yaddaşının dirçəldilməsi kimi mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas istiqamətlərdəndir və bu prosesdə din xadimlərinin maarifləndirici rolu mühüm əhəmiyyət daşıyır.Bölgələrdə keçirilən görüşlər dini fəaliyyətin qiymətləndirilməsi və sağlam dini mühitin gücləndirilməsi baxımından vacibdir.
16 aprel 2026

