Ramil Şeydayev Asiya Çempionlar Liqası oyununda dava edib
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb. Çinin "Çjetszyan" komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub. Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.
Emin İsazadə