Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib. 27 yaşlı hücumçunun yubileyi XXI turda “Kəpəz”lə səfər görüşünə təsadüf edib. O, 100 matçda 30 qola imza atıb. Təcrübəli forvardın “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib.
Vüsalə Cənnətova