Canlı
Ramazan bayramı günlərində dəmir yolu gücləndirilmiş iş rejimində çalışacaq

2018-06-13 / 10:23

Ramazan bayramı günlərində - 14-19 iyunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. Bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Vəfa Şairova