Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
2021-04-16 16:00
Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyindən bildirilib ki, şəxsi heyətin peşəkarlığının artırılması məqsədi daşıyan təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.
Nərgiz Camal