Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrellin Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Bu barədə Xarici işlər Nazirliyindən bildirilib. "Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması hərbi təxribata göz yumulması kimi qiymətləndirilir. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb. Avropa İttifaqı tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.", - deyə nazirlikdən bildirilib.
Vüsalə Cənnətova