Canlı
Rəsmi açıqlama verildi: Elmar Vəliyevə hücum planlaşdırılmış terror aktıdır

2018-07-06 / 16:01

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı birgə məlumat yayıb. Bildirilir ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə 8 ay İranın Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Suriya ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. İstintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub.

Ruhəngiz Hacızadə