Canlı
Rəsədxana: “Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar”

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir. Yerli vaxtla səhər saat 9-a qalmış, 9-da asteroidin keçidini teleskop vasitəsilə müşahidə etmək mümkündür.

Vəfa Şairova