Rəhman Hacıyev: "Qarabağda minalardan təmizlənmə ən yüksək templə aparılır"
Qarabağda minalardan təmizləmə işləri dünyada ən yüksək templə aparılır. Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “BakuBuild” və “Rebuild Karabakh – 2026” sərgilərində deyib. Onun sözlərinə görə, Azərbaycan minalardan təmizləmə və bərpa işlərini əsasən öz resursları hesabına həyata keçirir. Hacıyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyələşmə imkanları yaradacaq yeni dəstək proqramının hazırlandığını və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyini deyib.
14 oktyabr 2026

