Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib

2019-05-15/ 16:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanlı həmkarına telefonla zəng edib. O, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. Dövlətimizin başçısıda öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətilə təbrik edib.

Ruhəngiz Hacızadə