Rəşad İsmayılov: Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların salınır
Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb. Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması, yaşıllaşdırma və meşə sahələrinin genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Rəşad İsmayılov bildirib ki, son illərdə Axar-Baxar və İlisu Milli Parkları yaradılıb, Qarabağ və Şərqi Zəngəzurda isə yeni milli parkların salınmasına başlanılıb. Nazir həmçinin IDEA İctimai Birliyi və ekokönüllülərin biomüxtəlifliyin qorunması və nadir növlərin bərpası sahəsində layihələrinin mühüm nəticələr verdiyini vurğulayıb.
05 iyun 2026

