Rəşad Abdullayev: Azərbaycan millisinin Litvaya qalib gəlmək şansı var
Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Abdullayev yığmanın UEFA Millətlər Liqasının ilk turunda Litvaya qarşı oyunda qələbə qazana biləcəyini bildirib. O, Tacikistanla yoldaşlıq görüşündə gənc futbolçuların sınaqdan keçirilməsini müsbət qiymətləndirib və bu cür oyunların heyətin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 23-də Tacikistanı 1:0 hesabı ilə məğlub edib. Yığma sentyabrın 27-də Millətlər Liqasında ilk oyununu səfərdə Litvaya qarşı keçirəcək.
25 sentyabr 2026

