Rüfət Dadaşov forvard komandası ilə yeni müqavilə imzalayıb
2020-11-16 12:09
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın "Finiks Rayzinq" klubunda keçirəcək. 29 yaşlı forvard komandası ilə yeni müqavilə imzalayıb. Sözləşmənin müddəti 2021-ci ilin sonunadəkdir. Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.
Vüsalə Camal