Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında növbəti qollarını vurub
2020-09-12 12:09
Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmayan Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında növbəti qollarını vurub. "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu "Las-Veqas Layts" komandası ilə ev matçında dubla imza atıb. Meydana start heyətdə çıxan Dadaşov qollarını ilk yarıda vurub. Qarşılaşma Dadaşovun komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda uzun müddətdən sonra məhdud sayda azarkeş olub.
Vəfa Şairova