Qəzaya uğrayan avtomobil su kanalına aşıb, yaralı var
Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb. Padar kəndi ərazisində "VAZ-2107"-nin iştirakı ilə baş verən hadisə zamanı Kərimli kənd sakini olan sürücü Nüsrət Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev