Qərbi azərbaycanlıların siyahısı tərtib olunur
“100 mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir”. Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqarın sözlərinə görə, 1988-1991-ci illərdə deportasiya olunanlarla yanaşı, daha əvvəl köçə məcbur edilənlər və onların varislərindən də qeydiyyata alınanlar var.