Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. İdarə Heyəti ilə yanaşı digər orqanlar sənədin hazırlığında fəal iştirak edirlər". Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin sözlərinə görə, xeyli sayda təkliflər daxil olub, əsas mövzular üzrə sistemləşdirilib və sənədin layihəsi hazırlanıb. İdarə Heyəti sənəd layihəsini tamamlayaraq, prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edəcək.