Qərb bölgəsinə yağan qar yollarında gediş-gəlişi çətinləşib
Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib. Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir. Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb. Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Bu arada Şuşa şəhərinə də gecə saatlarından yağan qar gediş-gəlişi çətinləşdirib. Hazırda yollarda təmizləmə işləri aparılır.
Nərgiz Camalzadə