Qərb bölgələrdə şəhidlərin xatirəsi anılır
Ağstafa, Qazax və Daşkəsəndə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərin məzarları ziyarət edilib. 2 il öncə reallaşdırılan “Dəmir yumruq” əməliyyatı ilə şanlı qələbə qazanan Azərbaycan dövlətinin qəhrəman oğullarının sücaətindən danışılıb. Anım Günü ilə əlaqədar Zəngilanın Ağalı kəndində və Xocavəndin Hadrut qəsəbəsində də şəhidlərimizin əziz xatirəsi yad edilib.