Qəbələdə dəm qazından zəhərlənən kişi hamamda ölüb, qadının vəziyyəti ağırdır
Qəbələnin Vəndam qəsəbəsində Sumqayıt sakini, 1984-cü il təvəllüdlü Ziya İbrahimov kirayə qaldığı evin hamam otağında dəm qazından boğulub. Gecə saatlarında baş verən hadisə nəticəsində Şamaxı sakini, 1992-ci il təvəllüdlü Turanə Abdullayeva isə ağır vəziyyətdə rayon Diaqnostika mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova