Qızılcaya yoluxan azyaşlı Gəncədə plevritdən öldü
Gəncədə 9 yaşlı qız şəhər xəstəxanasında ölüb. Gədəbəy sakini bu gücə tibb müəssisəsinə ağır vəziyyətdə gətirilib. Uşağın 20 gün bundan əvvəl qızılcaya yoluxduğu, ona plevrit diaqnozu qoyulduğu və tənəffüs çatışmazlığından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev