Qızıl dişləri oğurlayan şəxs stomatoloqa külli miqdarda ziyan vurub
Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.
Qızıl dişlərlə yanaşı 7500 manat dəyərində tibbi avadanlıq və noutbuk oğurlayan əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayevdir. Bakı sakini olan həmin şəxsdən əlavə olaraq 4 qram heroin də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev