Canlı
Qusarda yol qəzasında piyada ölüb

Qusarda piyadanın ölümü ilə nəticələnə yol qəzası qeydə alınıb. Kuzunqışlaq kəndi ərazisində "Mercedes" markalı maşın 49 yaşlı Heydər Eldarovu vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova