Qusarda bir ailənin 3 üzvü dəm qazından boğulub
2019-11-29 18:03
Qusarın Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Fərid Mehdiyev