Qusarda bağlardan oğurluq edən 3 nəfər saxlanılıb
Qusarda oğurluqda şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərov saxlanılıb. Onun meyvə bağından ümumi dəyəri 30 min manat olan su borularını oğurlaması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar. Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 manatdan çox olan işıq generatoru və 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb.
Vüsalə Cənnətova