Qusar xəstəxanasının direktoru rüşvət alarkən saxlanılıb
2021-10-20 18:09
Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru rüşvət alarkən cinayət başında yaxalanıb. Baş Prokurorluqdan verilən məlumata görə, Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2000 manat pul vəsaitinin 1000 manatını alıb. Qalan məbləği xidməti otağında alarkən cinayət başında yaxalanıb. Açılan cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Nərgiz camal