Qusar və Ağsu sakinləri dəm qazından zəhərləniblər
2020-01-13 10:05
Qusarın Samur qəsəbəsində 28 yaşlı Qafar İbrahimov dəm qazından zəhərlənərək ölüb. Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə də dəm qazından zəhərlənmə olub. 40 yaşlı Cəmalə İslamova hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib. O, təcili olaraq rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Fərid Mehdiyev