Qusar sakinindən psixotrop maddə, beşbarmaq və bıçaq aşkarlanıb
Qusar polisi rayon sakini Misrixan Əzizovu saxlayıb. Həmin şəxsin üzərindən və avtomobilindən metamfetamin, bıçaq və bir ədəd beşbarmaq aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi açılıb. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib.