Qurbanlıq qoyunların kəsilməsi üçün onlayn xidmət yaradılıb
2020-07-29 14:03
Pandemiya dövrünün şərtlərinə uyğun olaraq Qurban bayramında ənənəvi kəsim yerləri fəaliyyət göstərməyəcək. İnsanların kütləvi toplaşma ehtimalı olacaq ziyarətgahlar, müxtəlif dini yerlərdə, eləcə də ayrı-ayrı ünvanlardakı kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bu addım atılıb. Daxili İşlər Nazirliyinin Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciətində də qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilən satış portalına müraciət olunmalıdır.
Vüsalə Camal