"Film məni uzaqlara apardı". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. "Filmdə göstərilən günləri yaşamışam. Qısa müddətdə 6 yaşımdan 51 yaşıma qədər olan dönəm gözümün önündə canlandı" - deyə təcrübəli mütəxəssis qeyd edib. Qurban Qurbanov filmdə iki səhnənin ona təsir etdiyini vurğulayıb: "İlk səhnə qardaşım Musa Qurbanovun əsgərlikdən gəlmə epizodu idi. Hansı ki, mənim məşqimə baxırdı. Bir də ilk maaşımı aldığım anı qeyd edə bilərəm. 16-17 yaşım var idi, 70 manat almışdım. Maaşı alıb Zaqatala bazarına getmişdim. 40 manatlıq bazarlıq etmişdim. O hissə mənə təsir etdi. Ümumilikdə çox maraqlı filmdir" - 51 yaşlı baş məşqçi bidlirib.
Emin İsazadə