Qurban Qurbanov: “90 dəqiqə istənilən sürətə dözməliyik”

Çox vacib matçdır və bizə böyük dəstək var. Bizim üçün məsuliyyətli qarşılaşmadır. Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. "Görüşə pis hazırlaşmamışıq. Rəqibin üstün olduğunu bilirik, amma 90 dəqiqə istənilən sürətə dözməliyik" - deyə baş məşqçi vurğulayıb. Bayerin baş məşqçisi Xabi Alonso isə “Qarabağ”ı çox güclü və avrokubok təcrübəsi böyük olan komanda kimi dəyərləndirib. Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik