Qurban Qurbanov: “Çox maraqlı mövsümü başa vurduq”
"Çox maraqlı mövsümü başa vurduq. Ölkə kubokunun finalı da möhtəşəm alındı". Bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra deyib. "Zirə"ni bütün mövsüm ərzindəki performansına görə təbrik edirik. Futbolçularıma gəlincə, onlarla qürur duyuram. Uğur qazandığın zaman arxayınlıq olur. Lakin çalışacağıq bunun qarşısını alaq", - deyə Qurban Qurbanov qeyd edib.
Vüsalə Cənnətova