Qurban Qurbanov:"Çalışacağıq ki, yaxın vaxtda komandanı tam ələ alıb qarşıdakı oyunlara hazırlaşaq"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bölüşüb.
Qurban Qurbanov – "Qarabağ"ın baş məşqçisi:"Biz azarkeşlərimizə, xalqımıza təşəkkür edirik ki, bu Çempionlar Liqası turnirində sona kimi bizimlə oldular. Həm yaxşı oyunlarımız oldu, həm də demək olar ki, çox-çox xoş olmayan təəssüflərimiz yaşandı. Amma hər bir halda futbolçularım sona kimi yaxşı mübarizə apardılar. Çox böyük təcrübə topladılar – başda mən olmaqla, başda rəhbərlik olmaqla. Və hər birinə təşəkkür edirəm.İstəməzdik belə başlanğıc olsun. Amma sanki buna bir az hazırlaşmışdıq. Çünki Bakıdakı oyundan bu komandanın həm oyun stilini, həm onların basqısını, presinqini canlı olaraq görmüşdük və bu gün də öz doğma meydanlarında bunu gözləyirdik. Və belə də oldu.Amma bir az bəsit, ucuz qollar buraxdıq. Buna baxmayaraq futbolçular ilk hissədə özlərini ələ ala bildilər və ikinci hissədə daha inamlı olmağı tapşırdıq. Zatən bunu hər dəfə deyirik. Amma məncə, bu Bakıdakı məğlubiyyətin də bir təcrübəsi oldu ki, sona kimi oyunun nizam-intizamını qoruyub saxlaya bildilər.Sağ olsun hər biri. Ən azından bu uzun yolu və bu cür böyük oyunları birlikdə keçərək bu günə kimi gəlib çıxdıq və bu gün bizim missiyamız bitdi. İnşallah, bir az vaxt lazımdır özümüzə gəlməyə. Çalışacağıq ki, yaxın vaxtda komandanı tam ələ alıb qarşıdakı oyunlara hazırlaşaq".

25 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik