Qurban bayramı ilə əlaqədar qurban əti paylanılıb

2019-08-12 12:22

Qurban bayramı ilə əlaqədar bu gün səhər saat 9-da Gəncənin bütün məscidləri ilə yanaşı, “İmamzadə” ziyarətgahında da bayram namazı qılınıb. İnsanlar dualar oxuyublar, Allahdan bağışlanmaqlarını diləyiblər, ölkəmiz üçün firavanlıq, ruzi-bərəkət arzulanıb. Gəncə, Şəmkir, Samuxda yüzlərlə aztəminatlı ailəyə, əsgərlər, məcburi köçkünlər, tənha və kimsəsizlər, Qarabağ Müharibəsi əlilləri və Böyük Vətən müharibəsi veteranları, şəhid ailələrinə qurban əti paylanılıb.

Vəfa Şairova