Qumbara və qərənfillə hədə-qorxu gələn şəxs saxlanılıb
Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev şebhəli şəxs qismində saxlanılıb. Ondan “F-1” qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.