Qubadlının işğaldan azad edilməsindən 2 il ötür
İki il öncənin 25 oktyabr tarixində, Vətən Müharibəsinin 29-cu günündə Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib. Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub. Ermənistan Ağdam, Tərtər və Ağcabədini atəşə tutub. Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edib. Düşmən itkilər verərək geri çəkilib.