Qubadlının iki kəndinin yenidən qurulmasına başlanılıb
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb. Mahruzluda birinci mərhələdə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Zilanlıda isə 193 evin inşası və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. İnşaat işləri bu ilin sonunadək yekunlaşdırılacaq.
Vüsalə Cənnətova